Moskvanın Azərbaycana “pomidor təzyiqi” – RUSİYANIN İQTİSADİ QADAĞASINA SİYASİ ŞƏRH

Moskvanın Azərbaycana “pomidor təzyiqi” – RUSİYANIN İQTİSADİ QADAĞASINA SİYASİ ŞƏRH


"Bu məsələdə daha çox siyasi təzyiq məqamlarının olduğunu müşahidə edirəm”.


Sfera.az-a açıqlamasında bu sözləri Rusiyanın növbəti dəfə Azərbaycandan gətirilən meyvə-tərəvəzi xəstə-zay məhsul adı ilə öz ərazisinə buraxmamasının arxasında hansı məqamların dayandığına aydınlıq gətirərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:

 

"İndiyə qədər Azərbaycandan Rusiyaya gedən meyvə və tərəvəzimizi bəh-bəhlə bəyəniblər. Azərbaycan pomidoru Rusiyada geniş rezonans doğurub. İllər boyu, hətta sovet dönəmində Azərbaycanın kənd təsərrüfatı məhsullarına Rusiyada geniş tələbat olub. Tək Lənkərandan Moskva və Sankt-Peterburq bazarlarına nə qədər məhsullarımız daşınıb.O zamanlar heç bir şikayət olmurdu. İndi nə baş verdi ki, belə bir vəziyyəti yaradırlar? Düşünürəm ki, Rusiya tərəfinin bu addımlarında iqtisadi məqamlardan daha çox siyasi məqamlar var. Bilirlər ki, Azərbaycan meyvə-tərəvəz istehsalçıları üçün Rusiya mühüm bazardır”.


Politoloqun fikrincə, belə təzyiq vasitəsilə Kreml çalışır ki, Azərbaycanı öz xarici siyasətində müəyyən korrektlərə getməyə məcbur etsin: "Ona görə də bu kimi sanksiyalar yolu ilə Azərbaycanı da sanki iqtisadi nöqteyi-nəzərdən cəzalandırmaq istəyir. Bununla çalışırlar ki, Azərbaycanın özünün xarici siyasətini bir qədər korrektə etsin, daha çox Moskvaya yaxın olsun. Amma bu kimi addımlar real nəticə verən deyil. Bu yolla hansısa bir dövləti siyasətində dəyişikliklər etməyə vadar etmək mümkün deyil. Moskva təkcə ölkəmizə qarşı deyil, hazırda Gürcüstana, bir qədər əvvəl isə Türkiyəyə qarşı da eyni üsullardan istifadə edib. Belə baxanda, Dağıstanda da eyni məhsullar istehsal edilir. Amma eşitmədik ki, Dağıstanda istehsal edilən ərik, gilas və digər məhsulların Moskvaya girişinə qadağa qoyulsun. Ona görə, Rusiyanın Azərbaycana münasibətdə etdiyi bu hərəkətində iqtisadi məqamlardan daha çox siyasi amillərin dayandığını düşünürəm”.

 

Qeyd edək ki, Rusiya növbəti dəfə Azərbaycanda istehsal edilən 118 tona qədər meyvə-tərəvəz məhsulunu yoluxmuş məhsul adı ilə ölkəsinə buraxmayıb. Bu əsasda şimal ölkəsi Azərbaycandan 32,3 ton pomidor, 53,4 ton gilas, 19,92 ton quru noxud və 13 ton çiyələyin idxal olunmasına qadağa qoyub.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...