Moskvada səfirlik binası boşaldılıb: 1 milyard ziyan

Moskvada səfirlik binası boşaldılıb: 1 milyard ziyan

Moskvada yerləşən İspaniya səfirliyinin binasında partladıcı qurğu yerləşdirilməsi barədə hüquq-mühafizə orqanlarına daxil olan zənglə bağlı səfirlik binası təxliyə edilib.

Bu barədə "İnterfaks” informasiya yayıb.

Hadisə zamanı binada olan 300 nəfərlik diplomatik personal dərhal binadan təxliyə olunub. Əraziyə xilasetmə qrupları cəlb olunub.

Qeyd edək ki, ekspertlər 10 sentyabrdan etibarən daxil olan partladıcı qurğu barədə xəbərdarlıq zəngləri nəticəsində dəymiş ziyanın bir milyard rubla çatdığını bildirib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR