Moskvada Qarabağ müzakirəsindən sonra — BƏYANAT

Moskvada Qarabağ müzakirəsindən sonra — BƏYANAT
Aprelin 15-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib. Görüşdə Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi iştirak edib.
 
Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə edilən razılığın inkişaf etdirilməsi üçün görüş iştirakçıları sərhəddəki və cəbhə xəttindəki vəziyyəti, eləcə də humanitar sahədə əməkdaşlığın qurulmasının perspektivlərini müzakirə ediblər. Həllin əsas aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Azərbaycan və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini siyasi və diplomatik yollarla həll etmək üçün səylərini davam etdirmək niyyətini təsdiqləyiblər. Münaqişə bölgəsində vəziyyətin xüsusilə də kənd təsərrüfatı işi zamanı daha da sabitləşməsinə diqqət çəkilib. Onlar həmçinin, tərəflərin ərazisində həbsdə olan şəxslərin yaxınları ilə görüşməsinə şərait yaradılması ilə bağlı qarşılıqlı razılaşma əldə ediblər. Nazirlər insanlar arasında əlaqələrin qurulması, o cümlədən KİV nümayəndələrinin qarşılıqlı səfərləri ilə bağlı praktik işə başlamağa hazır olduqlarını bildiriblər.

Rusiya XİN başçısı və Minsk qrupunun həmsədrləri regionda davamlı sülhün əldə olunmasına yönəlmiş vasitəçilik missiyasına sadiq olduqlarını bildiriblər. Yığıncaq iştirakçıları yaxın gələcəkdə təmaslarını davam etdirməyə razılaşıblar.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...