Krİmİnal

Moskvada güllələnən şəmkirli biznesmenin qatili kimdir? - FOTO - VİDEO

Moskvada güllələnən şəmkirli biznesmenin qatili kimdir? - FOTO - VİDEO
Noyabrın 21-də axşam saatlarında Moskva şəhərində güllələnən Toğrul Tağıyevi öz yerliləri -  Şəmkir rayonundan olan şəxslərin öldürdüyü deyilir. 

Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, mərhum biznesmeni Həsən, Bek və Cəbi adlı əslən Şəmkirdən olan qardaşlarla aralarında ədavət yarandığı üçün aradan götürüblər.

Belə ki, xeyli müddətdir T.Tağıyevlə qardaşların arasında əmlak və pul üstündə qarşıdurma yaranıbmış. 

Mərhumun həyat yoldaşı Şəhla xanım Rusiya mətbuatına açıqlamasında deyib ki, ərini onlara məxsus avtoyuma məntəqəsinə görə öldürüblər.

Qadının sözlərinə görə, əri "avtomoyka” aldıqdan sonra təhdidlər alıb, hətta bu ilin martında M-4 şosesində maşınla gedərkən atəşə məruz qalaraq, ayağından yaralanıb. Lakin qadın ərinin qatillərinin adlarını çəkməyib.

Sayt qətldə və Toğrulla ədavətdə adı keçən üç qardaşdan birinin – Həsənin (Heydərov Həsən Əjdər oğlu) fotosunu əldə edib.
 
Sayt Həsənin bu qətldə iştirakçı olduğunu iddia etmədiyini, verilən qeyri-rəsmi məlumatlarda onun Toğrul Tağıyevin qətlində əsas şübhəli şəxs olduğunun deyildiyini yazıb.

Həsənin və qardaşlarının (deyilənə görə, digər iki qardaş - Bek və Cəbi hazırda Rusiya Federasiyasında həbsdədirlər - red.) əsas himayəçiləri Sank-Peterburqda meyvə-tərəvəz bazarının əsas fiqurantlarından olan Şəmkir doğumlu biznesmenlərdir.
Deyilənə görə, Həsən Heydərov ötən həftə həmin biznesmenlərlə bir yerdə Sankt-Peterburqun dəbdəbəli restoranlarından birində yemək yeyib.
Bu qətlin sifarişinin həmin biznesmenlərdən gəlib-gəlmədiyi haqda hələlik hər hansı məlumat yoxdur. Bildirilir ki, Toğrul Tağıyevə hücum zamanı Həsən Heydərovun yanında Orxan adlı şəxs də olub.
 


 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31