Moskvada ermənilər kütləvi şəkildə həbs edilirlər

Moskvada ermənilər kütləvi şəkildə həbs edilirlər
Yerevandakı "məxməri inqilab" günlərində bir neçə yüz erməni Moskvadakı Ermənistan səfirliyinin qarşısına etiraz aksiyasına çıxıblar. Polisin müdaxiləsindən sonra 100-dən çox erməni gənc həbs olunub.

"Həmin günlərdə yüzdən çox gənc əvvəlcə məhkəmə zalında polis nəzarətinə düşdülər, sonradan isə hamı tərəfindən unuduldular - onlara ehtiyac qalmadı. Sanki artıq aktual deyildi, həm də başağrısıdır. Nəticədə, bu gün onların taleyi ilə tək-tük adam maraqlanır", - Virtualaz.org xəbər verir ki, bunu "Ermənistanın səsi" qəzetinə ARMROSS Rusiya-Ermənistan Hüquqşünaslar Assosiasiyasının başçısı Ruben Kirakosyan deyib.

Onun sözlərinə görə, Ermənistan paytaxtında bayramdır, tarixi hadisədir, vətəndaş özünüdərkinin və milli qürurun oyanışıdır."Rusiyanın - Ermənistanın müttəfiqinin paytaxtında isə həmin vaxt nəzərə çarpmadan, sonsuz axınla kütləvi məhkəmə prosesləri keçirilir və burada həmin tarixi günlərin hadisələrinə görə gənclər müxtəlif səviyyədə məsuliyyətə cəlb olunurlar", - o bildirib.

Kirakosyanın sözlərinə əsasən, bu gün Rusiyada Ermənistan vətəndaşları nə qanunla, nə cəmiyyət, nə də dövlət tərəfindən müdafiə olunmurlar və hüquqi nöqteyi-nəzərdən alçalmış vəziyyətdədirlər.

"Beynəlxalq sazişlərlə Ermənistan vətəndaşlarının malik olduqarı hüquq və üstünlüklər, əslində, simvolik, sırf deklarativ xarakter daşıyır", - o vurğulayıb.
 

OXŞAR XƏBƏRLƏR