Moskvada ən böyük məscidin açılışı - Putin liderləri yığır

Moskvada ən böyük məscidin açılışı -  Putin liderləri yığır

Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan, Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev və Fələstin lideri Mahmud Abbas Rusiyada bir araya gələcək. 

Sfera.az qafqazinfo”nun məlumatına istinadən bildirir ki, dövlət başçıları Moskvada Avropanın ən böyük məscidinin açılışında iştirak edəcəklər. Bu barədə məlumatı Rusiya Müftilər Birliyi nümayəndəsi Gülnur Gaziyeva yayıb. Gaziyeva  üç liderin mərasimdə iştirakını təsdiq etdiyini vurğulayıb. 

Açılış mərasimində müsəlman ölkələrin bir çox nümayəndələri də iştirak edəcək. 

Moskva Ulu Məscidi Qurban bayramından bir gün əvvəl, yəni sentyabrın 23-də açılacaq. Açılış mərasiminə Rusiya dövlət başçısı Vladimir Putin də qatılacaq. 

Məscid Moskvanın ən böyük prospektlərindən biri olan Prospekt Mirada tikilir. Məscid 19 min kvadrat metr ərazini əhatə edir. 

Bura konfrans və sərgi salonları da daxildir.


OXŞAR XƏBƏRLƏR

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...