Moskvada azərbaycanlını öldürməkdə şübhəli bilinən həbs edildi

Moskvada azərbaycanlını öldürməkdə şübhəli bilinən həbs edildi

Moskvanın Kuzminsk rayon məhkəməsi Samara bulvarında 52 yaşlı azərbaycanlı Qərib Orucovu qətlə yetirməkdə şübhəli bilinən və 2009-cu ildə Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı sui-qəsd ittihamı ilə məhkumluq həyatı yaşayan Lors Xamiyev barəsində həbs qərarı çıxarıb. 

Bununla bağlı TASS agentliyi məhkəmənin mətbuat katibi Karina Kalenovaya istinadən məlumat yayıb. 

"Məhkəmə L.Xamiyev barəsində aprelin 14-dək həbs-qətimkan tədbiri seçib. Cinayət işi ilə əlaqədar daha bir nəfər həbs olunub, üç nəfərin saxlanma müddəti fevralın 22-dək uzadılıb”, - K.Kalenova bildirib.

İstintaq məlumatlarına görə, fevralın 15-i gecə saatlarında Samara bulvarı yaxınlığında 1966-cı il təvəllüdlü Q.Orucovun cəsədi tapılıb. Onun Moskvada taksi fəaliyyəti ilə məşğul olduğu bildirilib. Hadisədən bir gün sonra qətldə şübhəli bilinən şəxslər saxlanılıb. 

"Moskovskiy komsomolets” nəşri bu hadisənin "Neolit” restoranındakı kütləvi dava ilə əlaqədar olduğunu bildirib. Qeyd edilib ki, Orucov çeçenləri təhqir edən şəxslərdən biri olub. 

2009-cu ilin aprelində Moskva məhkəməsi Ramzan Kadırova sui-qəsddə ittiham edilən Lors Xamiyev və Umar Batukayevi 8 il 5 ay müddətinə azadlıqdan məhrum etmişdi. 

Bundan əvvəl onlar 2007-ci il mayın 9-da Moskvada terror aktı hazırlamaqda ittiham olunmuşdu.



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...