Cəmİyyət

Moskvada azərbaycanlıların ibadət etdiyi məscid bağlandı - Səbəb? - VİDEO

Moskvada azərbaycanlıların ibadət etdiyi məscid bağlandı - Səbəb? - VİDEO
Rusiya Federasiyasının paytaxtı Moskvanın Otradnıy rayonunda azərbaycanlılara məxsus "İnam” cümə məscidi bağlanıb və cümə namazına heç kim buraxılmır.

"Report”un verdiyi məlumata görə, məscid onu azərbaycanlılara icarəyə verən tatar mənşəli Rəşid adlı sahibi tərəfindən bağlanıb.

Hazırda məscidin qarşısında buna etiraz edən azərbaycanlı inanclılarla görüşə gəlməyən sahibi bağlamağına səbəb olaraq icarə haqqının onu qane etmədiyi ismarıcını göndərib.

Hazırda polis məscidin ətrafını nəzarətə götürüb, hər hansı qarşıdurmanın baş verməməsi üçün keşik çəkir.

Qeyd edək ki, "İnam” məscidi azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məsciddir.

XƏBƏR LENTİ

«    Mart 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031