Moskvada 80-dən çox uçuş ləğv edilib

Moskvada 80-dən çox uçuş ləğv edilib
Rusiyanın paytaxtı Moskvada davam edən çovğun nəticəsində 85 aviareys ləğv edilib.
 
Sfera.az APA-ya istinadən bildirir ki, hazırda "Şeremetyevo" aeroportunda 69 uçuş, "Domodedovo" isə 16 uçuş ləğv edilib.
 
Bundan əvvəl "Aeroflot" hava şirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar martın 2-si və 3-də 31 aviareysin ləğv edildiyini elan etmişdi.
 
Sinoptiklərin proqnozlarına əsasən, martın 2-də Moskvaya düşən yağıntının miqdarı 20 mm çata bilər ki, buda aylıq normanın 60 faizini təşkil edir.

OXŞAR XƏBƏRLƏR