Moskva Qarabağa nəzarəti Bakıya verir: İrəvan narahatdır

Moskva Qarabağa nəzarəti Bakıya verir: İrəvan narahatdır

Bu gün Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağın statusu və ərazilərin qaytarılması məsələsində ziddiyətlər o qədər dərindir ki, üfüqdə heç bir nizamlanma əlamətləri görünmür.

Bu barədə ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi "Stratfor”un məruzəsində bildirilir.

"Stratfor” təhlilçiləri qeyd edirlər ki, Fransa bu yaxınlarda Əliyevlə Sərkisyan arasında sammit təşkil etməyə çalışıblar, lakin bu səylər nəticə verməyib. "Rusiya sülh prosesinin irəliləməsində maraqlıdır, bir şərtlə ki, ona regionda öz qoşunlarını yerləşdirməyə icazə versinlər” - məruzədə deyilir.

Amerikalı təhlilçilərə görə əgər Azərbaycan ötən ilin aprelində olduğu kimi qısamüddətli hərbi əməliyyatlarda ərazilərin bir hissəsini geri qaytarmağa cəhd eləsə Moskva regiona qoşun yeridə bilər. Əks halda Rusiyanın məqsədi münaqişənin nizamlanması halında regionda özünün sülhməramlı qüvvələrinin yerləşdirilməsi məsələsini qoyacaq.

"Stratfor” bildirir ki, Azərbaycan münaqişənin nizamlanmasından ümidini üzüb silahlanmanı davam etdirir, öz arsenalını gücləndirir. Rusiya və İsraildən milyardlarla dollarlıq silah alır. Ermənistan isə münaqişəyə görə getdikcə daha çox təcrid vəziyyətinə düşür.

"Dördgünlük müharibə Rusiyanın dəstəyinin hüdudlarını göstərdi, İrəvanın Moskvanın dəstəyi məsələsində ümidləri doğrulmadı. Azərbaycan regionda Rusiyanın əsas tərəfdaşı olmaq məsələsində Ermənistanı sıxışdırdıqca Yerevanda narahatlıq artır ki, Moskva Dağlıq Qarabağ üzərində nəzarəti Bakıya verə bilər. Buna cavab olaraq Ermənistan özünün xarici siyasətini şaxələndirmək üzərində işləyir, Avropa İttifaqı ilə sıx əlaqələr yaratmağa çalışır. NATO ilə əməkdaşlığı genişləndirir” - məruzədə göstərilir.

"Stratfor” təhlilçiləri ötən ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında çox şeyin dəyişdiyini bildirirlər. Ermənilər növbəti qəfil həmlə ehtimalına qarşı təmas xətti boyu hərbi texnika yerləşdirib. ABŞ-da yeni administrasiya hakimiyyətə gəlib və onun Rusiyaya dair mövqeyindən Qarabağ danışıqlarında çox şey asılı olacaq.

"Qarabağda yeni müharibə riski heç vaxt olmadığı qədər yüksəkdir. Bununla belə Azərbaycan Rusiyadan dəstək almasa ərazilərini geri almaq üçün ötən ilin aprelindəkinə bənzər hərbi əməliyyatlara cəhd etmək istəmir. Lakin məsələ ondadır ki, Bakı başqa yanaşmanı sınaqdan keçirmək istərdimi-məsələn, hərbi təyyarələri də tətbiq etməklə Dağlıq Qarabağ uğrunda irimiqyaslı hərbi əməliyyatlara başlamaq kimi. Bu halda isə Ermənistan özünün raket sistemlərini tətbiq edəcək, Sərkisyan "Qarabağı qorumaq üçün tərəddüd etmədən bütün arsenalı işə salacağını” deyib” - məruzədə deyilir. (Virtualaz.org)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...