Moskva Ermənistanı qazın qiymətini bahalaşdırmaqla cəzalandıracaq - ŞƏRH

Moskva Ermənistanı qazın qiymətini bahalaşdırmaqla cəzalandıracaq - ŞƏRH
"Rusiya Ermənistana satdığı qazın qiymətini 200 dollara qaldıracaq”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Rusiyanın öz təsiri altında olan dövlətlərin Qərbə meyllənməsinə cavab olaraq onlara satdığı qazın qiymətini bahalaşdırması addımını növbəti dəfə anoloji yolu tutan Ermənistandakı Paşinyan hökumətinə qarşı atacağına münasibət bildirərkən politoloq Natiq Miri deyib.
 
Bununla belə, politoloq düşünür ki, Kreml hələlik Ermənistana münasibətdə ancaq bu rıçaqdan istifadə etməklə kifayətlənəcək:
 
"Cari ilin dekabrından sonra Rusiyanın Ermənistana verdiyi qazın qiymətini qaldıracağı gözləniləndir. İlk öncə Paşinyan hökumətinə xəbərdarlıq ediləcək ki, Moskvanın hansı səviyyədə İrəvana güzəşt etdiyini anlasınlar. Çünki min kubmetri 150 dollara heç bir dünya bazarında qaz satılmır. Bu mənada səslənən fikirlərə görə, Rusiya Ermənistanla qaz sahəsində yeni müqaviləni daha yüksək qiymətlərin müəyyənləşməsi fonunda başlayacaq. Ola bilər Rusiya bu dəfə Ermənsitana qazı 200 dollardan baha satsın. Qazın qiymətinin bahalaşması müşahidə olunarsa, bu Ermənistan rəhbərliyinə verilən ciddi iqtisadi xəbərdarlıq olacaq və bu xəbərdarlıq gələcəkdə siyasi xəbərdarlıq müjdəçisi rolunu oynayacaq. Bütün hallarda Rusiyanın təsir dairəsindən çıxmaq istiqamətində qərar qəbul edilərsə, bu fonda Ermənsitanın hansı vəziyyətlə üz-üzə qalacağı Paşinyana xatırladılacaq. Ancaq bundan o yana keçəcəyini hələlik Rusiya tərəfindən gözləmirəm. Çünki Moskva anlayır ki, bu cür sərt mövqe Paşinyan hökumətinin Qərbə yönəlik siyasətlər yürütməsinə zəmin yarada bilər. Yəni Rusiyanın sərt addımları mərkəzdənqaçma prosesini sürətləndirər. Bu səbəbdən də düşünürəm ki, hələlik ilkin mərhələdə Moskva Paşinyana ancaq Ermənistana verdiyi qazın qiymətini qaldırmaqla xəbərdarlıq edir”.
 
Qeyd edək ki, indiki halda Rusiya Ermənistana qazı çox ucuz, cəmi 150 dollara satır. Halbuki bu qiymət Rusiyanın digər ölkələrə satdığı qazın qiymətindən bir neçə dəfə ucuzdur. Onu da vurğulayaq ki, adətən hansısa bir MDB ölkəsi Rusiyanın təsir dairəsindən çıxıb, Qərbə inteqrasiya yolunu tutursa, Moskva dərhal həmin dövlətə münasibətdə bir sıra təzyiq metodlarına əl atır. Bu təzyiq metodlarından biri də məhz satdığı qazın qiymətini bahalaşdırmasıdır. Vaxtilə Kreml Baltikyanı ölkələr, Ukraynaya münasibətdə məhz bu yolu tutub. Ermənistandakı Paşinyan hakimiyyəti də qərbpərəst hökumət kimi tanınır. Bu mənada Rusiyanın qazın qiymətilə bağlı anoloji addımı İrəvana münasibətdə atacağı da gözləniləndir.
 
ELÇİN 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...