Moskva dollardan imtina edəcək

Moskva dollardan imtina edəcək

Rusiya gəlirlərin artırılması əsas ixrac malı - Urals neft üçün öz fyuçers müqaviləsini buraxmağa və neftə dair hesablarda dollardan imtina etməyə hazırlaşır.

Sfera.az oxu.az -a istinadən bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Fyuçers sahəsi Sankt-Peterburqda beynəlxalq əmtəə-xammal birjasında yaradılır. Birja hazırda xarici treydinq şirkətləri ilə danışıqlar aparır. 

Şəxsi fyuçers bazarının buraxılması Rusiyaya Urals-ın qiymət yaratma mexanizmini yaxşılaşdırmaq, yerli şirkətlərə isə əlavə gəlir əldə etmək imkanı verəcək.


OXŞAR XƏBƏRLƏR