Moskva-Bakı təyyarəsi təcili eniş etdi
Cəmiyyət
20:33 / 30.12.2017
837
"Aeroflot” aviaşirkətinə məxsus Moskva-Bakı təyyarəsi Volqoqrad şəhərinə təcili eniş edib.
Sfera.az oxu.Az-a istinadən xəbər verir ki, Volqoqrad aeroportunun nümayəndəsi Yaroslav Zimin bildirib ki, təyyarənin təcili enişinə səbəb ağciyər xərçəngindən əziyyət çəkən sərnişində təzyiqin qalxması olub.
Sərnişin Volqoqradda klinik xəstəxanaya yerləşdirilib, təyyarə isə marşrut üzrə hərəkətinə davam edərək Bakıya uçub.