Monte Melkonyan – gündüz “döyüşçü”, gecə “qadın” - Ermənilər şokda - FOTOLAR

Monte Melkonyan – gündüz “döyüşçü”, gecə “qadın” - Ermənilər şokda - FOTOLAR
  
Erməni terrorçu, Qarabağ müharibəsində soydaşlarımıza qarşı bir sıra terror aktlarının və qəddarlıqların müəllifi Monte Melkonyanın homoseksual olduğu üzə çıxıb.

Publika.az xəbər verir ki, Ermənistandakı müharibə veteranları, Melkonyanın döyüş yoldaşları onun kişi sevgilisinin olduğunu bildiriblər.

Danılmaz faktlarla üzləşmiş ermənilər bunu özləri də etiraf etməyə başlayıblar. Faktlar o qədər çox və inandırıcıdır ki, son günlər erməni gəncləri sosial şəbəkələrdə qəddar terrorçu Monte Melkonyanın mavi olması haqda müzakirlər aparırlar. Erməni gənclərinin bir çoxu Melkonyanın homoseksual olması haqda faktlardan sarsıldıqlarını, bəziləri isə buna təəccübləndiklərini bildirirlər.

Erməni araşdırmaçılarının, Qarabağ müharibəsi veteranlarının və Melkonyanın indi ölkə sərhədlərindən xaricdə yaşayan döyüşçü yoldaşlarının etirafları ilə tanış olan ermənilər sosial şəbəkələrdə statuslar yazaraq Montenin sevgilisi olmuş şəxsin uzun illər onun yanında qaldığını etiraf edirlər. Onlar bildirirlər ki, gündüzlər döyüşən Melkonyan gecələr "qadın” olurmuş.

Qeyd edək ki, Melkonyan Parisdə türklərə qarşı bir neçə dəfə terror aktları və hücum təşkil edib. Ötən əsrin 90-cı illərində Ermənistana gəlmiş terrorçu Xocavənd rayonunun işğalı zamanı Ermənistanın ön cəbhə dəstələrinin birinin komandiri olub və 1993-cü ilin iyununda Ağdam rayonunun Mərzili kəndi yaxınlığında döyüşçülərimiz tərəfindən məhv edilib.

Yeri gəlmişkən, ermənilərin digər "tarixi qəhrəman”ı Andranik Ozanyanın və Qaregin Njdenin də homoseksual olmaları barədə faktlar mövcuddur.

İstanbuldakı "Lodos" meyxanasında sərxoş olub iki yunan gənclə sevişmiş Andranik Ozanyan "mademuazel Andranik" adlandırılırdı. 1895-ci ildə Qarsdan Sasuna yollanaraq qiyamçı erməni dəstəsinə qoşulan və elə ilk gecədə Serobun çadırında "komandir"lə yatan Andranikin eşq macərası faş olmasın deyə, 4 nəfər güllələnmişdi. Onlar Serobla Andranikin gecə eyş-işrətini görmüş mühafizəçilərdi.

Ermənilərin digər "qəhrəman”ı Qaregin Njdenin isə homoseksual olmasını SSRİ-nin qurucularından olmuş Lev Trotski də təsdiq edib: "Yoldaşlar bildirirlər ki, döyüşdən sonra yoldaş Njde iki türk gəncini öldürməməyi əmr edib, onları müvəqqəti qərargah etdiyi kəndli daxmasına aparıb. Mənə çatan məlumatlara görə, yoldaş Njde həmin axşam o türk gənclərdən onu "sevmələrini" tələb edib, özü qadın paltarı geyib və səhərədək "təcavüzə" məruz qalıb”.
 
 




OXŞAR XƏBƏRLƏR

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...