Monitorinq insidentsiz ötüşdü
15:05 / 09.08.2017
1173
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 9-da Ağdam rayonu Sarıcalı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Sfera.az