Moldovada 6 azərbaycanlı həbs edildi

Moldovada 6 azərbaycanlı   həbs edildi
Miqrasiya xidmətinin zabitləri Kişinyov şəhərindəki tikinti sahələrindən birində "qonaq işçi” kimi çalışan altı azərbaycanlı fəhlə aşkar ediblər.

Bu barədə yerli "Publika” telekanalı məlumat yayıb.

Onların 24-45 yaşları var. Fəhlələrin üzərində şəxsiyyətlərini təsdiqləyən və ya onlara qanunla Moldovada işləmək hüququ verən heç bir sənəd olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılanlara qarşı tədbirlər görüblər. Belə ki, onlar Moldova ərazisinə girişləri üç il müddətinə qadağan edilməklə Azərbaycana göndəriliblər, bundan başqa, hərəsi üç min ley cərimələnib.

Yeri gəlmişkən, işəgötürən də cərimə altına düşə bilər, özü də 7 500 ley həcmində.

OXŞAR XƏBƏRLƏR