Modelimizin 4 yaşlı qızına ürək dağladan ad günü mesajı
Bu gün model Züleyxa Akçurina qızının doğum günüdür. Model qızını sosial şəbəkədə ad münasibəti ilə təbrik edərək kövrəldici status paylaşıb:"Əgər Tanrı bir xanımı mükafatlandırmaq istəyirsə, ona qız övladı bəxş edir. Mənə Ester adlı qıza sahib olmaq xoşbəxtliyi 4 il əvvəl qismət olub. Mənim mələyim. Mənim güclü qızım. Niyə güclü? Çünki onun taleyinə sağlamlığı ilə bağlı elə çətin sınaq düşdü ki... Amma öhdəsindən gəldi. Bəlkə də biz böyüklər bunun öhdəsindən gələ bilməzdi. O isə əsl döyüşçüdür. Güclü ruhlu insandır. Bir ana kimi çətinliklərin öhdəsindən gəlməkdə bu, mənə çox kömək edir. Əziz qızım Ester! Sənə möhkəm can sağlığı arzulayıram. Allahın əli hər zaman başının üzərində olsun. Xoşbəxt ol. Ən dəhşətli hadisə artıq geridə qalıb. Sən çox şey yaşadın... Bu gün sənin həyat bayramındır. Doğum günündür. Səni səmimi qəlbdən təbrik edirik. Biz səni sevirik!”
Aysel