Cəmİyyət

Mobil telefon almaq istəyənlərə BƏD XƏBƏR - Rüsumun artması qiymətlərə necə təsir etdi?

Mobil telefon almaq istəyənlərə BƏD XƏBƏR - Rüsumun artması qiymətlərə necə təsir etdi?
Bir müddət öncə baş nazir Novruz Məmmədov "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar imzalaması olub. Belə ki, iyulun 31-dən qüvvəyə minən qərarla satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edilib.
 
Bu qərardan sonra isə mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləği bazar qiymətinə uyğun müəyyən edilir. Dəyişikliyə görə foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında yerləşdirilən məlumata görə, marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə də 20 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulur. Digər telefonlar isə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat; bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat; bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat; bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat; bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat; bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu ödəniləcək.
 
Bu dəyişikliklər fiziki şəxslərin bazardan çıxmasına səbəb olur. Belə olan halda isə bazarda rəqabətlilik aradan qalxacaq və qiymətlər daha da artacaq. İqtisadçılar da mövcud vəziyyətlə bağlı bədbin proqnozlar verirlər.
 
Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bu cür davam edərsə, telefon bazarında yaxın müddətdə qiymətlərin qalxacağını proqnozlaşdırır:
 
"Dəyişikliklər fiziki şəxslərin bazardan sıxışdırılaraq çıxarılmasına səbəb oldu. Bazarı daha çox əhatə edən fiziki şəxslərin gətirdikləri telefona görə yenidən qeydiyyat rüsumu ödəmələri rəqabətli mühitin zəifləməsinə səbəb olacaq. Bir müddət sonra fiziki şəxslər ümumiyyətlə rəqabətə davam gətirməyərək bazarı tərk edəcəklər. Hüquqi şəxslər, böyük şirkətlər qeydiyyat üçün əlavə vəsait ödəmir. Lakin fiziki şəxslər bu qiyməti də əlavə olaraq məhsulun üzərnə gəlməli, yaxud da onu qeydiyyatsız satmalıdırlar”.
 
Ekspertin sözlərinə görə, qiymətlərin daha da qalxmaması üçün rəqabətli mühit saxlanılmalıdır:
 
"Çünki yalnız rəqabətli mühit şəraitində qiymətləri stabil saxlamaq mümkün olacaq. Bu şəxslər bazardan sıxışdırılarsa, o zaman böyük şəbəkələr daha yüksək qiymətlər təklif edəcəklər”.
 
Qeyd edək ki, bu qərardan öncə bütün mobil telefonların qeydiyyatının dövlət rüsumu 5 manat idi.
 
Nigar Məhərrəm
Sfera.az 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031