MÜNHEN DARMADAĞINI PAŞİNYANI BİTİRİR – “Ona olan etimad tamamilə zədələndi…”

MÜNHEN DARMADAĞINI PAŞİNYANI BİTİRİR – “Ona olan etimad tamamilə zədələndi…”

"Nikol Paşinyanın debatda məğlub olaraq rəzil duruma düşməsi Ermənistan cəmiyyətində ciddi ruh düşgünlüyü yaradacaq”.


Sfera.az-a açıqlamasında bu sözləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsilə bağlı panel müzakirələr zamanı Ermənistan baş naziri Nikol Paşinyanı pərt duruma salmasından sonra erməni cəmiyyətində Paşinyana qarşı etimadsızlıq sədalarının ucalmasına toxunarkən politoloq Nəzakət Məmmədova deyib:

 

"Paşinyan həmişə özünü müasir, açıq, demokratik göstərmək istəyib. Ancaq bu olay onun üçün antipiar oldu, Paşinyan ifşa olundu. Təbii ki, bu mənada Münhen Təhlükəsizlik Konfransındakı həmin debat siyasətçi və dövlət başçısı kimi Paşinyanın əleyhinə işləyən fakt olacaq. Həmin hal onun əleyhinə işləyəcək. Ermənistanda və dünya erməniləri arasında narahatlıq yaradacaq, onların Paşinyana olan etimadı sarsılacaq”.

 

Politoloqun fikrincə, sözügedən panel müzakirəsi diplomatik cəhətdən Ermənistanın növbəti məğlubiyyətidir: "Bu hadisə İrəvanın diplomatik müstəvidə daha bir məğlubiyyətini göstərdi. Azərbaycan Prezidenti öz arqumentləri ilə Paşinyanı tamamilə darmadağın etdi, onu aciz duruma saldı. Belə vəziyyət erməni diplomatiyasına, dünya erməniliyinə vurulan mühüm bir zərbədir”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR