Mitinq təşkilatçılarına rəsmi xəbərdarlıq edildi

Mitinq təşkilatçılarına rəsmi xəbərdarlıq edildi
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu mitinq təşkilatçıları və iştirakçılarına olunan rəsmi xəbərdarlıqla bağlı məlumat yayıb. 

Sfera.az məlumatı olduğu kimi təqdim edir:

"Xəbər verildiyi kimi, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklər bu il yanvarın 19-da saat 15.00-dan 17.00-dək Yasamal rayonundakı İdman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.

Mitinqdən sonra iştirakçıların bir qrupu Yasamal rayonunun Şərifzadə küçəsində və Bakı Metropoliteninin "İnşaatçılar” stansiyasının yaxınlığında "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq razılaşdırılmış vaxtdan və ərazidən kənar, habelə yetkinlik yaşına çatmayanlar da cəlb edilməklə qanunsuz küçə yürüşünə cəhd ediblər.

Bu zaman ətrafdakıların diqqətini cəlb etmək və əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşlara qarşı kobudluq, istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib, ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstəriblər.

Qeyd edilənlərlə əlaqədar, 19 yanvar mitinqinin təşkilatçıları yanvarın 22-də Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilərək, ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərinin gələcəkdə təkrarlanacağı təqdirdə belə qanunsuz aksiyanın təşkilatçıları və iştirakçıları cinayət məsuliyyəti də daxil olmaqla barələrində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görüləcəyinə dair rəsmi şəkildə xəbərdar ediliblər”.

OXŞAR XƏBƏRLƏR

Paşinyan: "İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...