Misirin kəşfiyyat rəisi HƏMAS liderini söydü, Qəzzadakı yürüşü dayandırmağı tələb etdi

Misirin kəşfiyyat rəisi HƏMAS liderini söydü, Qəzzadakı yürüşü dayandırmağı tələb etdi
Mayın 14-də Qəzza sektoru ilə İsrailin nəzarətində olan ərazilərin sərhədlərində son illərin ən qanlı iğtişaşlarından birinin yaşandığı vaxtda İsrail üzərinə yürüşün təşkilatçısı olan HƏMAS lideri İsmayıl Haniyə təcili Misirə aparılıb. Bu barədə "İsrael a-Yom” qəzeti yazır.

Qəzetin yazdığına görə Misirin ümumi kəşfiyyat xidmətinin rəisi general Abbas Kamel İsmayıl Haniyənin arxasınca xüsusi vertolyot göndərib. Misirin güc strukturlarındakı mənbələrə istinad edən qəzet yazır ki, general Kamel əvvəlcə Haniyəni gözləməyə məcbur edib. Sonra onun üstünə qışqırıb, kobud formada tələb edib ki, Qəzza sektoru sakinlərini İsrailin təhlükəsizlik hasarlarından geri çəksin.Misir kəşfiyyatının mənzil-qərargahında HƏMAS liderinə bildiriblər ki, əgər situasiya gərginləşməkdə davam etsə İsrail HƏMAS liderlərinin hamısını bir-bir nöqtə zərbələri ilə aradan götürəcək. Misir və digər ərəb ölkələri isə buna susmaqla razılıq verəcək, ancaq formal etirazlarla kifayətlənəcək.

Məlumata görə general Kamel situasiyaya ona görə müdaxilə edib ki, İsrail Qəzzadan yürüş edənlərə güzəştə getməyəcəyini çatdırıb. Bu isə ölənlərin sayının artmasına, anarxiyaya və zorakılıqların Misir ərazisinə də keçməsinə gətirib çıxaracaq.Mayın 14-nə qədər İsrailin nəzarətində olan ərazilərə "Böyük yürüş”ə çıxanlardan 60-dan çoxu ölüb, minlərlə fələstinli İsrail ordusunun tətbiq etdiyi xüsusi vasitələrdən xəsarət alıb. Lakin həmin gün axşam yürüşçülər təhlükəsizlik hasarını tərk etmək və evlərinə dağılışmaq göstərişi alıb. Ertəsi gün yürüşə çıxanların sayı kəskin azalıb. Bu gün isə gərginlik daha da səngiyib, ara-sıra toqquşmalar qeydə alınır./Virtualaz.org
 

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...