Misir prezidentinə Nizami Gəncəvi mükafatı verilib

Misir prezidentinə Nizami Gəncəvi mükafatı verilib
 
Misir Ərəb Respublikasına Prezidenti Əbdülfəttah əs-Sisi bölgədə və Ərəb dünyasında terrorla mübarizədəki roluna görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) mükafatı ilə təltif olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, mükafat Prezident Sarayında NGBM-in nümayəndə heyətinin iştirakı ilə keçirilən xüsusi mərasimdə Əbdülfəttah əs-Sisiyə təqdim edilib. Misir Prezidenti bu mükafatı yüksək qiymətləndirərək NGBM-in ailəsinə qəbul olunmasından məmnunluğunu bildirib. Əbdülfəttah əs-Sisi Mərkəzin müxtəlif sivilizasiyalar və dinlər arasında tolerantlıq və dialoq dəyərlərini müdafiə etməyə çağıran mesajını təqdir edib, xüsusilə Qahirədə təşkil edilən NGBM-in XI Ali Səviyyəli Toplantısının və müzakirə edilən mövzuların region üçün əhəmiyyətini xüsusi vurğulayıb: "Misirdə belə bir inam var ki, terrorizm təhlükəsinin məğlub edilməsi təhlükəsizlik və hərbi aspektlərlə məhdudlaşmır, hərtərəfli strategiya tələb edir, demokratiyanın intellektual təməllərini rədd etmək və demokratiya dəyərlərini dəstəkləmək üçün görülən işləri genişləndirməyi, bundan əlavə dinlərin tolerant dəyərlərininin təşviqi və başqa dəyərlərə hörmətlə yanaşmanı tələb edir”.
Görüşdə Misir Prezidentinə V Qlobal Bakı Forumunda iştirakı ilə bağlı NGBM-in dəvəti çatdırılıb. Əbdülfəttah əs-Sisi artıq Davos İqtisadi Forumunun siyasi alternativinə çevrilən Qlobal Bakı Forumunda ölkəsinin ali səviyyədə təmsil olunacağını bildirib.
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdə NGBM-in həmsədri İsmail Seragəldin, Makedoniya Prezidenti Geroge İvanov, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq hökumət başçısı Zlatko Laqumciya, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Albaniyanın sabiq Prezidenti Rexhep Meydani, Rumıniyanın sabiq dövlət başçısı Emil Konstantinesku, Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko, Livanın keçmiş Prezidenti Amine Gemayel, Moldovanın sabiq dövlət başçısı Petru Luçinski, Nigeriyanın eks-prezidenti Olusegun Obasanjo, Xorvatiyanın keçmiş Prezidenti İvo Josipoviç, Ekvadorun eks-prezidenti Rosalia Arteago, İordaniyanın keçmiş Baş naziri Taher Masri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, NGBM-in Baş katibi Rövşən Muradov və təşkilatın digər üzvlərindən ibarət nümayəndə heyəti iştirak edib. 
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ilin sentyabrında xalqlar və mədəniyyətlər arasında bilik, tolerantlıq, dialoq və anlaşmanı inkişaf etdirmək məqsədilə yaradılıb. 



OXŞAR XƏBƏRLƏR

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...