Mirzə Babayevin nəvəsi tutuldu - SƏBƏBİ...

Mirzə Babayevin nəvəsi tutuldu - SƏBƏBİ...
"Respublikaçı Alternetiv” partiyasının üzvü olan Emin Babayev mayın 4-də saxlanılıb

Küçədə telefonla danışarkən söyüş söyməkdə və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırılan E.Babayev Səbail rayonu, 8-ci polis bölməsinə aparılıb.

Bölmədə onun haqqaında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olunub, o, Səbail rayon Məhkəməsinə aparılıb.

Məhkəmədə E.Babayev deyib ki, o, söyüş söyməyib, həmin gün ümumiyyətlə, telefondan istifadə etməyib. Bölmədə isə ondan sosial şəbəkələrdə yazdıqları barədə soruşublar.

Məhkəmədə vəkil əlavə sübutlar haqda vəsatət verib. Əlavə şahidin məhkəməyə gəlməsi üçün proses mayın 6-na qədər təxirə salınıb. Hakim bildirib ki, E.Babayev sərbəstdir, evə getsin, bazar ertəsi məhkəməyə gəlsin.

Lakin E.Babayev məhkəmədən çıxandan sonra polislər onu yenidən saxlayıb.

Unikl.org xəbər verir ki, bu barədə xəbəri onun vəkili Şəhla Hümbətova da "Bizimyol.info”ya açıqlamasında təsdiqləyib. Bildirib ki, müvəkkilini polis əməkdaşları Nəsir Vəliyev, Bəxtiyar Fərzəliyev və Ramil Lətifli iltizama qol çəkmək adıyla bölməyə çağırıblar, amma onu orada saxlayaraq buraxmayıblar.

Vəkil bu gün polis bölməsinə gedib E.Babayevin hansı əsasla saxlandığını soruşub. Ona cavab verilib ki, E.Babayev özü burada qalmaq istəyir: "Polis əməkdaşları Bəxtiyar Fərzəliyev və növbətçi Pərviz Əliyevin mənə bildirdiyinə görə, guya Emin özü deyib ki, orada qalmaq istəyir, bölmədən getmək istəmir”.

Vəkil bölmədə müvəkkili ilə görüşmək istəsə də, ona icazə verilməyib.

E.Babayev mərhum Xalq artisti Mirzə Babayevin nəvəsidir.

OXŞAR XƏBƏRLƏR

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...