Miri Yusifin xanımı: "Bütün qadınlar kimi mən də dözməliyəm"

Miri Yusifin xanımı:

 

Yaşıl Teatrda konsert verən Miri Yusifi dinləməyə gələnlər arasında onun xanımı Nərgiz və uşaqları da olub.

Sfera.az Axşam.az-a istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Nərgiz Miri Yusifin kaprizli biri olmadığını deyib:

"Çox kaprizli olduğunu deyə bilmərəm, özünə görə bir xarakteri var, xasiyyəti çox çətindir, bütün qadınlar kimi mən də bunlara dözməliyəm”.

Miri Yusifi ön sıralarından dinləməyi sevmədiyini deyən Nərgiz bunun səbəblərinə də aydınlıq gətirib:

"Çox uzaqda oturub kütlənin içində olmağı xoşlayıram. Miri Yusifi sevənlərin emosiyalarını görməyi sevirəm. Amma bu gün uşaqlarla gəldim və öndə oturdum. Dünən gecə də burdaydım, bu gün də hamıdan öncə gəlmişəm. İşıqlara, səsə baxırdıq. Əfsuslar olsun ki, sabah gələ bilməyəcəyəm. Uşaqlarla başqa ölkəyə uçuruq, biletləri öncədən almışdıq, amma ürəyim burdadır. Miri Yusif də konserti başa vurduqdan sonra yanımıza gələcək”.

 



OXŞAR XƏBƏRLƏR