Cəmİyyət

Mir Cəlal küçəsində süni tıxac necə yaradılır?- FOTOLAR

Mir Cəlal küçəsində süni tıxac necə yaradılır?- FOTOLAR
Bazar günü olmasına və nəqliyyatın intensivliyinin azlığına baxmayaraq Bakı şəhər Binəqədi rayonu Mir Cəlal küçəsində tıxac yaranıb. 

Sfera.az lent.az-a istinadən xəbər verir ki, 9-cu mikrorayonun əsas küçəsinin Hüseyn Seyidzadə küçəsi ilə kəsişməsində ("Tərlan” şadlıq evinin qarşısı) nəqliyyatın hərəkəti iflic olub. Mir Cəlal küçəsində aparılan əsaslı yenidənqurma işlərinin yubanması və ərazidə iri beton maneələrin düzülməsi avtomobillərin, xüsusi ilə iritutumlu avtobusların hərəkətini çətinləşdirib. Hər gün axşam saatarında istər Cavadxan və Adil Məmmədov küçələri, istərsə də Moskva prospekti istiqamətinə hərəkət demək olar ki mümkünsüz our.

Sakinlərin bildirdiyinə görə, bu ərazidə demək olar ki, hər gün oxşar problem yaranır. Nəticədə sürücülər, sərnişinlər və yerli sakinlər əziyyət çəkir.

Qeyd edək ki, Mir Cəlal küçəsində təmir işlərinin ləng aparılması, sakinlərin, xüsusi ilə sürücülərin narazılığı barədə mətbuatda dəfələrlə məlumat verilsə də, müvafiq qurumlar tərəfindən işin sürətləndirilməsi müşahidə edilmir.
 



XƏBƏR LENTİ