\"Miq-29\" təyyarəsinin düşdüyü ərazi müəyyənləşdi – Axtarışlar sürətləndirildi

\
İyul ayının 24-ü axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin düşdüyü ərazi müəyyənləşib.

Bunu Unikal.org-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. 

O, bildirib ki, "Miq-29" təyyarəsi və onun pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışları istiqamətində işlər gedir:

"Axtarışlar hərtərəfli aparılır. Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin heyyəti axtarışlar aparırlar. Artıq "Miq-29" təyyarəsinin düşdüyü ərazi müəyyənləşib. Dünən və bu gün axtarış istiqamətində işlər sürətləndirilib. Əvvəlki günlər küləkli hava şəraitinə görə, dənizin dalğalı olması səsəbindən axtarışlara çətinliklər yaradırdı. Ümid edirik ki, axtarışlar nəticə verəcək”.

Qabil Hüseynli axtarışlara müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsən nəzarət etdiyini deyib: "Cənab nazir hər gün sözügedən əraziyə gəlir. Öz tapşırıqlarını verir”.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.



OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...