Minsk qrupu Əliyev və Sarkisyanın görüşünün tərəfdarıdır

Minsk qrupu Əliyev və Sarkisyanın görüşünün tərəfdarıdır

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri - amerikalı Ceyms Uorlik, rusiyalıİqor Popov və fransalı Pyer Andryu Ermənistan və Azərbaycan prezidentlərini Dağlıq Qarabağdakı vəziyyətin müzakirəsi üçün görüşməyə çağırıblar.  

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, həmsədrlər bu görüşü gələn həftə Vyanda keçirməyə hazır olduqlarını bildiriblər. 

"Baş verən son zorakılıqla əlaqədar təmas xəttində gərginliyin azaldılması zərurətindən çıxış edərək inanırıq ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşməsinin vaxtı yetişib. 

Bizim xarici işlər nazirləri gələn həftə Vyanada bu görüşün təşkil edilməsi üçün hazırdırlar”, - təşkilatın mətbuat xidməti tərəfindən cümə axşamı yayılmış həmsədrlərin birgə bəyanatında deyilir.

Gözlənildiyi kimi onların əsas məqsədləri atəşkəs rejiminin qorunması və baza elementləri və prinsipləri əsasında danışıqların yenilənməsi üçün münbit şərait yaradacaq etimad quruculuğu tədbirlərinə nail olmaqdır.

"Zorakılıq davam etdiyi müddətdə uğur əldə edilə bilməz və danışıqlar prosesi olmadan sülhə nail olmaq mümkün deyil. Münaqişənin hərbi yolla həlli mümkün deyil”, - həmsədrlər bildiriblər.


OXŞAR XƏBƏRLƏR