Minlərlə qadın küçələrə axışıb zorakılığa etiraz etdi - Fotolar

Minlərlə qadın küçələrə axışıb zorakılığa etiraz etdi - Fotolar
 25 noyabr - Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü münasibətilə dünyanın bir çox ölkəsində qadınlar küçələrə axın edərək aksiya keçirir.
 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Fransa və İtaliyadan sonra Belçikada da aksiyalar keçirilib. 

Polisin məlumatına görə, Belçikadakı aksiyalarda 10 min nəfər iştirak edib. Qadınlar il ərzində törədilmiş yüzlərlə qadın cinayətinə diqqət çəkmək üçün Ədliyyə Nazirliyinin binasının önünə qırmızı ayaqqabılar qoyublar.

Qadınların qaldırdığı pankartlarda "Kişini tərk etdiyi üçün öldürüldü", "Mənim bədənim, mənim qərarım" kimi şüarlar, həmçinin qətlə yetirilmiş qadınların adları və yaşları yer alıb. 

Qeyd edək ki, Belçika qadın cinayətləri ilə mübarizədə digər Avropa ölkələrindən geridə qalır. Qadınlar bu mövzuya kifayət qədər diqqət ayrılmadığı üçün hökuməti sərt tənqid edirlər. (yeni sabah0


OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...