Minlərlə gürcü Rusiya ilə əlaqələrin bərpasını tələb etdi - VİDEO

Minlərlə gürcü Rusiya ilə əlaqələrin bərpasını tələb etdi - VİDEO

Gürcüstanın Batumi şəhərinin mərkəzində yerləşən Era meydanına minlərlə insan toplaşaraq hakimiyyətdən Rusiya ilə münasibətləri bərpa etməyi tələb edib. 

"Sputnik Gürcüstan” bildirir ki, aksiyanı "Gürcüstan vətənpərvərlər Alyansı” təşkil edib. 

Aksiyaçıların əsas tələbləri Suxumi, Sxinvali və Moskva ilə Gürcüstanın ərazi bütövlüyünün bərpası və "Milli Hərəkat”ın "günahkar siyasi qüvvə” elan edilməsi üçün birbaşa dialoqun aparılması olub.

Qarşıya qoyulan tələblər arasında Rusiyaya qarşı sərt ritorikadan imtina edilməsi, Rusiya-Gürcüstan münasibətlərinin böhrandan əvvəlki səviyyəyə qaytarılması və Gürcüstanın hərbi alyanslarda iştirak etməməsi də olub.

"Artıq hər şeyi öz adı ilə adlandırmağın vaxtı gəlib çatıb... Aksiyanın əsas tələbi odur ki, parlament sonda qətnaməmizi qəbul edib millətçilərin cinayətkar rejimini (Vahid Milli Hərəkat, keçmiş hakim partiya - red.) qınasın”, - deyə partiyanın lideri İrma İnaşvili bildirib.

Xatırladaq ki, son 10 ildir münasibətləri gərgin olan Rusiya ilə Gürcüstan hökuməti arasında ən ciddi vəziyyət iyunun 20-də Rusiya dövlət dumasının deputatı Sergey Qavrilovun Tbilisiyə gəlişindən sonra baş verib. 

Belə ki, Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Azərbaycanda səfərdə olan İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər.

Gürcüstanın hakim "Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri "protokol səhvi” adlandırsa da müxalifət bununla razılaşmayıb. Parlementin qarşısına toplaşan nümayişçilər spiker İrakli Kobaxidzenin istefasını tələb ediblər. Mitinqdə, həmçinin, növbədənkənar seçkilərin keçirilməsi tələb edilib.

Kobaxidze Bakıya rəsmi səfərini yarımçıq kəsərək ölkəsinə qayıtdıqdan sonra istefa verib.

Baş vermiş hadisələr fonunda iyunun 21-də Rusiya Prezidenti Vladimir Putin iyulun 8-dən Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşunu müvəqqəti qadağan edib.

Qafqazinfo




OXŞAR XƏBƏRLƏR