Mingəçevirin ən real namizədi təsdiqləndi - SƏBUHİ ABBASOV KİMDİR?

Mingəçevirin ən real namizədi təsdiqləndi - SƏBUHİ ABBASOV KİMDİR?
 

Tanınmış QHT sədri, internet-media ekspert Səbuhi Abbasovun namizədliyi 47 Saylı Mingəçevir Seçki dairəsində təsdiqlənib. Bu barədə Səbuhi Abbasovun rəsmi profilində məlumat verilib. Məlumatı olduğu kimi təqdim edirik: "Əziz dostlar, dəyərli həmkarlar, dəyərli MİNGƏÇEVİRLİLƏR! Nəhayət, hər birinizin gözlədiyi o an yetişdi, namizədliyim rəsmən qeydə alındı. Bu işin əsas olmasa da, olduqca mühüm hissəsidir. Bu işdə əməyi olan hər kəsə, xüsusən qapı-qapı gəzdiyim aiələrə, imzalarını, məsləhətlərini verən dəyərli insanlarımıza təşəkkür edirəm. Var olun! Təbliğat, təşviqata aid bütün paylaşımlarımız 17 yanvardan etibarən başlayacaqdır. Bir neçə günlük sükutu qanunauyğunluq kimi nəzərə almağınızı xahiş edirəm. Geri sayım başladı...”

Saytımız Səbuhi Abbasov haqqında 10 ilə yaxın fəaliyyət göstərən rəsmi saytından (sabuhiabbasov.com) qısa məlumat əldə edib. Səbuhi Abbasov16 noyabr1985-ci ildə Mingəçevir anadan olmuşdur. 2003-cü ildə Mingəçevir şəhər liseyini bitirərək,Bakı Slavyan UniversitetininBeynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinə daxil olmuşdur. 2007-2009–cu illərdə Bakı Slavyan Universitetinin Magistratura şöbəsinin Regionşünaslıq ixtisasında təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.

Bakalavr pilləsində təhsil alarkən qrup rəhbəri, fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri, fakültə üzrə Tələbə Həmkarların sədri vəzifələrini icra etmişdir. Universitetdə bir sıra konfransların, dəyirmi masaların və debatların təşkilatçısı olmuşdur. 2006-cı ildəAzərbaycan-Slavyan Gəncləri Assosiasiyasını (ASGA) təsis edərək200-dən artıq beynəlxalq və yerli layihələr həyata keçirmişdir.

Azərbaycan Respublikası Gənclər və İdman NazirliyininvəAzərbaycan Respublikası Təhsil Nazirliyinin"Fəxri Məzun 2007”diplomuna layiq görülmüşdür.

ASGAGənclər və İdman Nazirliyi tərəfindən 2017 və 2018-ci illərdə İLİN ƏN FƏAL GƏNCLƏR TƏŞKİLATI mükafatına layiq görülmüşdür. Bir çox xarici ölkələrdə (Avstriya, Macarıstan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, İngiltərə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Belarus və s.) keçirilən Beynəlxalq konfranslarda ölkəmizi təmsil etmişdir.

2008-2011-ci illərdə Bakı Slavyan Universiteti Analitik Təhlil Mərkəzinin elmi işçisi, Jurnalistika şöbəsinin müdiri vəzifələrini icra etmişdir. 2011-2012-ci illərdə Milli QHT-lər Forumunda icraçı direktor, 2012-2013-cü illərdə DSMF-nin regiona şöbəsində çalışmışdır. Hal-hazırdaAzərbaycan-Slavyan Gəncləri Assosiasiyası ictimai birliyinin sədri,THE SEVEN MEDIA GROUP-unbaş direktorudur.

2007-2012-ci illərdə BBC, CNN, TRT, RTR, ORT və bu kimi mühüm kanallarda təcrübə keçmişdir. S.Abbasov mütəmadi olaraq Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı, Türk Şurası, Müstəqil Dövlətlər Birliyi konfranslarında, iclaslarında ictimai-siyasi ekspert kimi dövlətimizi təmsil edir. S.Abbasov, eyni zamanda, illərdir Mingəçevirin fərdi və kütləvi problemlərini ictimailəşdirən, müvafiq qurumlara çatdıran şəxs kimi də tanınır. Azərbaycan, türk, rus, ingilis və ukrayna dillərində danışır.

Ailəlidir, 3 övladı var. Atası Abbasov Mübariz Tovariş oğlu 1958-ci ildə anadan olmuşdur. Mingəçevir şəhərinin tikinti-quruculuq işlərinə yaxından iştirak etmişdir. 2015-ci ildə dünyasını dəyişib. Anası Abbasova Qətibə Sədr qızı 2014-cü ildə rəhmətə gedib.

www.asga.az

www.sabuhiabbasov.com

E-mail/ [email protected]

Facebook/ Sebuhi Mubarizoglu Abbasov

Twitter/ Sabuhi Abbasov

Linkedin/ Sabuhi Abbasov


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...