Gündəm

Mingəçevir məktəbində İmam Hüseyn tədbiri: nazirlik və komitə işə qarışdı – AÇIQLAMA

Mingəçevir məktəbində İmam Hüseyn tədbiri: nazirlik və komitə işə qarışdı – AÇIQLAMA
Mingəçevirin Noel Ahəngarı adına 13 saylı orta məktəbində Məhərrəmlik ayı ilə bağlı tədbir təşkil olunub.
 
Sfera.az xəbər verir ki, bu haqda reportyor.info yazıb.

Sentyabrın 6-da məktəbdə Mingəçevirin axundunun müavini Cavid Ələmdarın rəhbərliyi altında "Məhərrəm ayının gəlişi, İmam Hüseyn ağanın şəhid olmasının səbəbləri, matəmin  mənası” mövzusunda müəllim və valideynlərə mühazirə oxuyub.

C.Ələmdar tədbirlə bağlı fotoları öz feysbuk səhifəsində paylaşıb. Məlum olub ki, məktəbdə dini tədbirin təşkili Mingəçevir şəhər icra hakimiyyəti və təhsil şöbəsi ilə razılaşdırılmayıb.

Məktəbin direktoru Tünzalə Əfəndiyevanın açıqlaması olmasa da, Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov tədbirin keçirilməsini təkzib edib.

Amma fotoların olduğunu nəzərinə çatdıranda təhsil şefi etiraf etmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, görüş keçirilib və bundan Prezident Adminstrasiyasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xəbəri var.

Komitənin mətbuat xidmətindən isə bildirilib ki, belə bir tədbirdən məlumatsızdırlar. Təhsil Nazirliyinin mətbuat xidməti də məsələdən xəbərsiz olduğunu bildirib.

Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, 2009-cu ildə qəbul olunuş "Təhsil haqqında” qanunda göstərilir ki, din dövlətdən ayrıdır:

"Heç bir halda orta ümumtəhsil müəssələrinin nəzdində dini mərasimlər, o cümlədən təbliğat xarakterli tədbirlər keçirilə bilməz.

Düzdür, Azərbaycan prezidenti hər zaman insanların vicdan azadlığına şərait yaradıb, ölkədə bütün dinlərin nümayəndələrin dinləri üçün ibadət etməyə yerlər var.

Amma heç kimə icazə verilmir ki, orta məktəblərdə belə tədbir keçirsin, bu, qanunverciliyin tələblərini kobud pozulmasıdır. Təhsil nazirinin həmin məktəbin direkorunu cəzalandıracağını hesab edirəm”.

Deputat Fazil Mustafanın fikrincə, bu mövzuda araşdırma aparılması zəruridir: "Azərbaycan məktəblərinə xurafatın, cəhalətin islam adı ilə yalnış yol almaması üçün müəyyən adımlar atılmalıdır”.
AdRiver

XƏBƏR LENTİ