Min bir dərdin dərmanı - Turşəngin FAYDALARI

Min bir dərdin dərmanı - Turşəngin FAYDALARI

Turş dada malik olan turşəng el arasında əsasən quzuqulağı kimi də tanınır.Bu bitkinin 150 növü mövcuddur. Tərkibində A, C vitaminləri, fosfor, dəmir və tiamin vardır.

Sfera.az medicina.az-a istinadən bildirir ki, bu bitki orqanizmin vitamin və minerallara ehtiyacı olan vaxtlarda turşəng çox faydalıdır. BUndan başqa onun bir sıra xəstəliklərə qarşı təsiri də vardır.
-Gözləri zəif olanlar quzuqulağından (turşəng) istifadə etmək məsləhət görülür.

-Oynaqların müalicəsində və anemiya zamanı istifadə edilir.

- Qəbizlik zamanı faydalı təsir göstərir.

- C vitamini çatışmazlığı nəticəsində ağızda və diş ətində yaranan yaralar zamanı turşəng olduqca faydalıdır.

-Onun yarpaqları qaraciyərdə öd əmələgəlməni stimulyasiya edir, ödü durulaşdırır və xaric olmasını asanlaşdırır.

-Dəridə olan qaşınma və səpgiləri aradan qaldırır.

-Tərkibində K vitamini olduğuna görə qanaxmaya meyillik olan bəzi xəstəliklərdə, klimakterik, düz bağırsaq və ağciyər qanaxmalarında yaxşı nəticə verir.

Qeyd edək ki, turşəngin çox qəbul edilməsi böyrəklərdə oksalat daşlarının yaranmasına səbəb ola bilər. Onun qarşısını almaq üçün həmin göyərtini tərkibində kalsium olan qatıq, süd və kefir kimi qidalarla birgə qəbul etmək lazımdır, çünki turşəng turşusu bağırsaqlarda kalsiumla birləşərək çətin həll olunan və çətin sorulan birləşmələr yaradır, zərər vermədən orqanizmdən xaric olur. Orqanizmdən oksalat duzlarının xaric olmasını asanlaşdırmaq üçün alma sirkəsi qəbul etmək də məsləhətdir.



OXŞAR XƏBƏRLƏR