Milyonluq villada adı hallanan Vaqif Əsədovdan cavab: \"Bunu yazan...\"

Milyonluq villada adı hallanan Vaqif Əsədovdan cavab: \
Jurnalistlər üçün inşa edilən binadan ev almaq istəyən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun Bakı şəhəri, "NZS” qəsəbəsindəki dəbdəbəli villasının görüntüləri üzə çıxıb. 

Milyonluq villada adı hallalan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov Sfera.az-a açıqlamasında heç kimdən heç nə gizlətmədiyini bildirib.

"Mən hər zaman media işçiləri ilə dostluq etmişəm. Bunu yazan mənə paxıllıq edir və qərəzli mövqe sərgiləyir. Məni gündəmdə saxlayan media "dost"larımı seçməyə başlayıram. Kimin evində yaşayıram, yaşadığım evin sənədi kimin adınadır bəllidir. Həmin sayt yaxşı olardı ki, ayda nə qədər kirayə pulu verdiyimi maraqlanardı. Yalandan məlumat yayıb milləti qıcıqlandırmasınlar. Həmin villanın da kimin adına olduğunu araşdırsınlar. Jurnalistlər üçün nəzərdə tutulan evlərə min nəfər sənəd verib. Gedib onların haqqında araşdırma aparsınlar. Ev hamıya lazımdır", -deyə V.Əsədov əlavə edib.

Qeyd edək ki, Ölkə.az saytı sözügedən villanın fotolarını çəkməyə nail olub. Sözügedən 3 mərtəbəli bahalı villa paytaxtın Babək prospektinin üzərində yerləşir. Villanın qiymətinin milyon manatdan çox olduğu deyilir. Sözügedən villanın Vaqif Əsədova məxsus olmasını qonşular da təsdiq edib.

Gülnarə Eynullaqızı
Sfera.az 
 




OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...