Milyonçunun müğənni arvadı Brilliant Dadaşovanın fanatıdır - VİDEO

Milyonçunun müğənni arvadı Brilliant Dadaşovanın fanatıdır - VİDEO

Rusiyalı müğənni Alsu Abramova teleaparıcı Kseniya Sobçakın "Youtube”da yayımlanan qalmaqallı layihəsinin qonağı olub.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, sənətçi sözügedən proqramda şəxsi həyatı və sənəti haqqında müzakirələrə səbəb olacaq açıqlamalar verib.

Alsu Azərbaycan musiqisini bəyəndiyini və Xalq artisti Brilliant Dadaşovanın özünün və səsinin vurğunu olduğunu dilə gətirib.

 

Kseniya çəkiliş zamanı B.Dadaşovanın "Bayatılar” mahnısını səsləndirib. Alsu isə mahnının sədaları altında rəqs edib. 


Qeyd edək ki, əslən tatar olan Alsu 2006-ci ildə məşhur iş adamı Yan Rafaeleviç Abramovla evlənib. Bakıda dünyaya göz açan Yan əslən dağ yəhudisidir. Cütlüyün bu nikahdan 14 yaşlı Safina, 12 yaşlı Mikela və 4 yaşlı Rafael adlı övladları var.

 


OXŞAR XƏBƏRLƏR