\"Milyonçu\" qadınları evlənmək adı ilə soydu

\
İki ildə o 6 qadını hamilə qoyub, onların pulları ilə yoxa çıxıb

Çində dələduz kişi evlənmək adı ilə iki ildə 19 qadını aldadıb. O, sevgililərini ancaq aldatmaqla kifayətlənməyib, həm də onların külli miqdarda pulunu mənimsəyib.

Dələduz qurbanları ilə internetdə tanış olub. Onlara özünü varlı ailənin övladı kimi təqdim edib. Bu yolla o sevgililərindən bəzilərini hamilə də qoyub. Artıq dələduzun 4 övladı doğulub. İkisi isə bu yaxınlarda doğulmalıdır. 

Qadınlardan birinin sözlərinə görə, o valideymnlərinin yüksəkçinli məmur olduğunu deyib. Amma körpə doğulandan sonra ananın maşını və bir necə yüz min yuanını götürərək qaçıb. 

Başqa bir qadına isə özünü aspirantura tələbəsi kimi tanıdıb. Hətta ona saxta briliyantlarla bəzədilən nişan üzüyü də alıb. Nəticədə isə ona inanaraq itirən gənc qız olub. Nə az, nə çox  düz 2,4 milyon rubl.

Artıq polis barəsində saysız şikayət daxil olan alfonsu saxlayıb. 

OXŞAR XƏBƏRLƏR