Milyonçu 10 nəfər axtarır: Onlar üçün hər şey pulsuz olacaq

Milyonçu 10 nəfər axtarır: Onlar üçün hər şey pulsuz olacaq

Yeni Zelandiyada yaşayan varlı bir iş adamı qeyri-adi elan verib.

Sondakika.com xəbər verir ki, o, "Cənnət” adlandırdığı Şimal Adasında qurduğu fermada onunla birlikdə yaşayacaq 10 nəfər axtarır.

Tək şərti isə axtardığı şəxslərin 70 yaşından böyük olmamasıdır.

 

Buzlu qəhvə biznesi ilə var-dövlət əldə edən Almaniya vətəndaşı Karl Reipen bununla macəra axtarışında olduğunu bildirib. 

Onunla birlikdə yaşayacaq şəxslər fermadakı iki nəfərlik evlərdə yaşaya, yemək və şərab zirzəmilərini paylaşa bilərlər. Həmçinin, onlar Karl Reipenə gəzinti, balıq tutma, alış-veriş, üzgüçülük, xizək sürmə, quşları və ya digər gözəl heyvanları seyr edən zaman yoldaşlıq etməlidir.

Qeyd edək ki, ferma ən yaxın qəsəbədən təxminən 90 dəqiqəlik məsafədədir.

İş adamı 2003-cü ildə "Daily News”a verdiyi müsahibədə bir ferma sahibi olmağın və oranı beş ulduzlu hotelə çevirməyin uşaqlıq xəyalı olduğunu demişdi.



OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...

Azərbaycan lideri: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt bi...

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...