Milyarderin dünyanı şoka salacaq lahiyəsi- Fotolar

Milyarderin dünyanı şoka salacaq lahiyəsi- Fotolar
Dünyanın ən varlı adamlarından biri,  Tesla və Space X sahibi olan Elon Musk dünyanı şoka salacaq yeni lahiyəsini təqdim edib.
 
Sfera.az xəbər verir ki, iş adamı  bir müddətdir inşa etdirdiyi  tunelin ilk mərhələsini açıb. Təxminən 2 kilometr uzunluğunda olan tunel  Los-Ancelesdə yerləşir.  
 
Şəhərdəki trafikə alternativ olaraq yaradılan tunel, tıxacın qarşısını alacaq.  Muskun verdiyi açıqlmaya tunel tam gücü ilə işə düşəndə  avtomobillər saatda 240 kilometr sürət ilə tuneldə avtomatik olaraq gedə biləcək. 
Muskin Los Angelesdəki Boring Şirkəti, tunelin uzunluğunun tam olaraq  1,83 kilometr olduğunu söaçıqlayıb.
Tünel, Los Angeles ilə Boring şirkəti və SpaceX mərkəzlərinin yerləşdiyi Hawthorne arasında olacaq.
 
Burada avtomobillər xüsusi qurğu vasitəsilə irəlliyəcək.
 
Açılışda çıxış edən Elon Musk, gələcəkdə avtomobillərin tuneldə avtonom olaraq irəliləməsinə  icazə verəcək istifadə edilmədikdə avtomobilin altına gizlənəbilən yan təkərlər ilə təchiz edilməsi lazım olduğunu deyib. Bu sistemlər inteqrasiya edildikdə, tuneldə 240 km / saat sürətlə hərəkət mümkün olacaq.
 
"Bu böyük şəhərlər üçün inqilabi bir iş olacaq”.-deyə Musk bildirib.






OXŞAR XƏBƏRLƏR