Millimizin yeni baş məşqçisi: Qurban Qurbanov...

Millimizin yeni baş məşqçisi: Qurban Qurbanov...
 

AFFA-nın Robert Prosineçki ilə başa çatan müqaviləni yeniləməməsindən sonra yığmamızın baş məşqçisinin kim olacağı maraqla gözlənilir.

Noyabrın 3-də AFFA-nın İcraiyyə Komitəsinin keçiriləcək iclasında baş məşqçi vəzifəsinə namizədlərlə bağlı müzakirə aparılacaq. Aydın məsələdir ki, assosiasiya rəhbərliyi bu dəfə yerli məşqçiyə etimad götərəcək. Bu durumda isə ən layiqli namizəd Qurban Qurbanovdur.

Bizdə olan məlumata görə, AFFA rəhbərliyi ilə Qurban Qurbanov arasında iclasdan öncə görüş keçiriləcək. Görüş zamanı "Qarabağ”ın baş məşqçisinin yığmanın "sükanı arxası”na keçməsi üçün razılığı alınacaq. Mənbə onu da bildirir ki, Qurbanovun özü də hər iki cəbhədə mübarizə aparmağa razıdır. Onun yığmamızın yeni baş məşqçisi olacağı böyük ölçüdə həll olunub. Çünki AFFA rəhbərliyi də bilir ki, indiki durumda Qurban Qurbanovdan başqa müasir futbolla ayaqlaşan, məhdud imkanlarla da uğur qazana bilən ikinci bir namizəd yoxdur.

Maraq üçün onu da bildirək ki, Qurban Qurbanov eyni zamanda İcraiyyə Komitəsinin üzvüdür.


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...