Millimizin üzvü özünü niyə güllələdi? - AÇIQLAMA

Millimizin üzvü özünü niyə güllələdi? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Şəkidə XI sinif şagirdi Firəngiz Qaliz qızı Əzizova özünü ov tüfəngi ilə güllələyib.

Sfera.az bildirir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, əməliyyat olunan məktəbli hazırda reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının saytımıza verdiyi məlumata görə, özünə qarın nahiyəsindən atəş açan Fəridə futbol üzrə Azərbaycan millisinin üzvü olub. Qapıçı mövqeyində çıxış edən Əzizova bir müddət əvvəl təlim-məşq toplanışı üçün Bakıya yollanıb. Bayramla əlaqədar evinə qayıdan 17 yaşlı qız bayram tətilindən sonra millimizlə birlikdə Fransaya yollanmalı idi.

Lakin saytımıza açıqlama verən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla Fəridənin cəmi bir dəfə yığmanın toplanışında olduğunu bildirib: "Fəridə Əzizova millinin toplanışında fevral ayında olub. Rəsmi turnir və oyunlarda çıxış etməyib. U-17 qızlar hazırda Bakıda, U-19 qızlar isə Kiyevdə toplanışdadır, heç birinin heyətinə dəvət olunmayıb. Qadın futbolunun rəhbəri Nəriman Axundov Fəridənin atası ilə əlaqə saxlayıb. Atası bildirib ki, qızı təsadüf nəticəsində özünə atəş açıb.

Qeyd edək ki, faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Sabahdan etibarən İtaliyanın turizm şəhəri olan Venesiyaya gündəlik giriş haqları alınacaq.   Sfera.az bildirir ki, gündəlik ziyarətlər üçün bi...

Sabah 31 dərəcə İSTİ OLACAQ

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...