Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı

Millimizin təxirə salınmış oyunlarının vaxtı açıqlandı
 Futzal üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin Polşa – Azərbaycan oyununun yeni tarixi açıqlanıb.

Sfera.az AFFA-nın saytına istinadən xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmış görüş UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, oktyabrın 23-də keçiriləcək.

Qarşılaşma aprelin 9-da olmalı idi. 

Həmçinin iyunun 5-nə planlaşdırılan Çexiya – Azərbaycan oyununun isə oktyabrın 27-də oynanılmasına qərar verilib.

Oyunların stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR