Millimizin rəqibindən minimal hesablı qələbə

Millimizin rəqibindən minimal hesablı qələbə

Milli komandaların iştirakı ilə növbəti yoxlama oyunları keçirilib.

Sfera.az apasport.az-a istinadən xəbər verir ki, Avropa təmsilçilərinin iştirakı ilə 4 qarşılaşma baş tutub.
 
Bu oyunların üçündə 1:0 hesabı qeydə alınıb. Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Şimali İrlandiya da Sloveniyanı bu hesabla məğlub edib.
 
Rəqibimiz matçın ilk yarısında vurulan qolla qalib gəlib. Böyük Britaniya təmsilçisinə minimal hesablı qələbəni Konnor Vaşinqtonun qolu qazandırıb.
 
Yoxlama oyunları
28 mart
 
Şimali İrlandiya - Sloveniya - 1:0
Andorra - Moldova - 0:1
Syerra-Leone - Qabon - 1:0
Lixtenşteyn - Farer adaları - 2:3
Ukrayna - Uels - 1:0


OXŞAR XƏBƏRLƏR