İdman

Millimizin futbolçusu həbs oluna bilər - Seks qalmaqalı

Millimizin futbolçusu həbs oluna bilər - Seks qalmaqalı
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov həbs olunma təhlükəsi ilə üz-üzə qalıb.

Sfera.az "Yeniçağ.az"a istinadən xəbər verir ki, buna səbəb 2015-ci ildə İsrafilovun "Eybar”da çıxış edərkən komanda yoldaşları Serji Enrix və Antonio Manuel Lunanın iştirakı ilə çəkilən seks məzmunlu videonu yaymasıdır.

Məsələ burasındadır ki, 3 il öncə qadınla intim əlaqədə olan futbolçular həmin anı videoya çəkərək, İsrafilova göndəriblər. Millimizin üzvü isə bunu sosial şəbəkədə paylaşıb. Qadının vəkili isə öz növbəsində videonun çəkilməsi və yayılması səbəbindən adıçəkilən futbolçulara 2 ildən 5 ilədək həbs cəzası istəyib.

Futbolçular günahlarını etiraf edərək, zərərçəkəndən üzr istəyiblər. İstintaq başa çatdıqdan sonra məsələ ilə bağlı hökm oxunacaq.
AdRiver

XƏBƏR LENTİ