İdman

Millimizin baş məşqçisi vəfat etdi

Millimizin baş məşqçisi vəfat etdi
Azərbaycan taekvondo ailəsinə ağır itki üz verib.

Sfera.az xəbər verir ki, bu gün səhər saatlarında parataekvondo milli yığma komandanın baş məşqçisi, əməkdar məşqçi Əvəz Tağıyev uzun sürən xəstəlikdən sonra vəfat edib. 

Qeyd edək ki, bu ay Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş Avropa çempionatına parataekvondo millimiz onsuz, böyük məşqçilər – Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə yollanmalı olmuşdu.

56 yaşlı məşqçi I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı, taekvondoçu Ayxan Tağızadənin atasıdır.

Allah rəhmət eləsin!
AdRiver

XƏBƏR LENTİ

«    Fevral 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728