İqtİsadİyyat

Milli valyuta 3 faizədək dəyər qazandı - Dollar siyasi amillərin təsiri altında

Milli valyuta 3 faizədək dəyər qazandı - Dollar siyasi amillərin təsiri altında
Son günlər dollarla müqayisədə türk lirəsinin dəyərdən düşməsi müşahidə olunurdu. Maraqlıdır, ötən gün keçirilən prezident seçkilərindən sonra türk lirəsini hansı aqibət gözləyir.

Sfera.az-a bu barədə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, seçkilərdə hazırda əldə olunan nəticə birjalara müsbət təsir edəcək:

"Bu gün türk lirəsi 3 faizədək dəyər qazanıb. Bununla yanaşı Türkiyə Fond birjasında da iki faizdən yuxarı yüksəliş oldu. Bu ilkin təpkidir”. 

Bu gün türk lirəsinin dəyər qazandığını deyən iqtisadçı Türkiyənin fundamental problemlərinin hələ də həllini tapmadığını bildirib:
 
"Türkiyənin əsas problemlərindən biri də xarici borc məsələsidir. Bu gün Türkiyədə xarici borc təqribən 500 milyard dollara yaxındır. Bu kifayət qədər böyük rəqəmdir. Bu səbəbdən də ciddi problemlər gələkdə də davam edə bilər. Digər əsas problem isə ticarət saldosunun mənfi olmasıdır. Türkiyə satışdan daha çox idxalla məşğuldur ki, bu da ölkəyə mənfi saldo yaradır. Yəni, valyuta ölkədən çıxır”.

İqtisadçı bildirib ki, siyasi sabitlik bərpa olsa, daha tez qərarlar verilsə, o zaman iqtisadi sabitlik də olacaq:
 
"Lakin bununla yanaşı fundamental islahatların keçirilməsinə də ehtiyac var. Nazirliklərin birləşdirilməsi zəruridir. Belə olsa, bir neçə aydan sonra iqtisadi sabitliyi görə biləcəyik”.  

Nigar Məhərrəm 
Sfera.az
AdRiver

XƏBƏR LENTİ