Milli parklarda əyləncə meydançaları yaradıldı - FOTO

Milli parklarda əyləncə meydançaları yaradıldı - FOTO

"Milli parklarımızın əhali üçün daha əlçatan  və maraqlı olması üçün davamlı tədbirlər görülür”

Unikal.org xəbər verir ki, bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Milli parklarımızın əhali üçün daha əlçatan  və maraqlı olması üçün tərəfimizdən davamlı olaraq tədbirlər görülür. Bütün milli parklarda müxtəlif yaş və çətinlik kateqoriyasına uyğun marşrutlar fəaliyyət göstərir. Bu da əhalinin, turistlərin, uşaq və gənclərin asudə vaxtlarını daha səmərəli və təbiət qoynunda keçirmələrinə xidmət edir.
Son bir il ərzində aparılan tədbirlər nəticəsində milli parklarda uşaqlar və gənclər üçün maraqlı əyləncə və məlumat meydançalarının yaradılmasına nail olduq. Onu da qeyd edim ki, milli park ərazilərinin bəzilərində innovativ tipli, yəni müxtəlif məlumatların innovativ üsullarla alınması yolu ilə, bəzilərində sırf məntiqi, təbiətlə bağlı oyunların, bəzilərində informativ, əyləncə tipli lövhə və guşələrin hazırlanması işləri aparılıb. 
Fürsətdən istifadə edib bütün vətəndaşlarımızı, turistləri milli parklarımızı ziyarət etməyə, asudə vaxtlarını səmərəli və təbiət qoynunda keçirməyə səsləyirik. Bildirim ki, bu gün bioloji müxtəliflik günü ilə əlaqədar Azərbaycanın milli parklarında  "açıq qapı” günü keçirilir və ziyarətçilər giriş haqqından azaddırlar. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməklə insanların istirahətlərini xoş keçirmələrinə şərait yaratmaqdır.


OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...