Milli Onkologiya Mərkəzi Prezidentin fərmanına əməl etmir-ŞİKAYƏT

Milli Onkologiya Mərkəzi Prezidentin fərmanına əməl etmir-ŞİKAYƏT

 

Kəlbəcər rayonundan məcburi köçkün Allahverdiyeva Adilə Əfqan qızı saytımıza şikayət ərizəsi ilə müraciət edib. O şikayətində Milli Onkologiya Mərkəzinin işçisinin onu müalicə üçün mərkəzə qəbul etmədiyini bildirib. Şikayətçi uşaqlıq xərçəngindən əziyyət çəkir.Öhdəsində 3 azyaşlı övladı var.Ailə başçısını vətən yolunda itirmiş ailə köməksiz vəziyyətdə qalıb.Qohumlarının dəstəyilə 1000 manat toplayıb Gəncədən Bakıya gələrək Milli Onkologiya Mərkəzinə müalicə üçün müraciət edib.Elə olan qalan 1000 manatını onkoloji analizlərə verib.Gəncə şəhər Onkoloji xəstəxanasından baş həkimin imzası ilə rəsmi göndərişlə gəldiyinə görə onun bütün analizləri pulsuz aparılmalı idi.Prezident İlham Əliyevin onkoloji xəstələrin pulsuz müayinə və müalicəsi haqqında fərmanına məhəl qoymayan onkoloji mərkəzin işçiləri ağır onkoloji xəstə olan kimsəsiz qadının son pulunuda analiz adı ilə əlindən alıblar. Verdiyi 1000 manata görə ona çek verilməyib elə burdan görünür ki ödənişlər dövlətin büdcəsinə yox kimlərinsə cibinə gedib.Şikayətçi Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma şikayət ərizəsi ilə müraciət etdiyini və onlardan kömək istədiyini bildirib.Ümid edirik ki, Respublika Milli Onkologiya Mərkəzinin direktoru, Rusiya TEA-nın və Azərbaycan MEA-nın akademiki Cəmil Əliyevin göstərişi ilə problemin həlli üçün aidiyyatı addımlar atılacaq və xəstədən qanunsuz yerə pul alan işçilər cəzalandırılacaq.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...