Milli Məclisin növbəti plenar iclası başladı

Milli Məclisin növbəti plenar iclası başladı
Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb. 
 
Sfera.az-ın məlumatına görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələ daxildir.

İclasda Milli Məclisin sədri Oqtay Əsədov  Ağsaqallar Şurasının sədri, deputat Fəttah Heydərovu yubileyi münasibətilə parlament adından təbrik edib: 

"Cənab prezident Fəttah müəllimi "İstiqlal" ordeni ilə təltif etdi. Bununla da, onun əmək fəaliyyətinə ən yüksək səviyyədə qiymət verildi”.

Daha sonra isə Milli Məclisin bu gün keçirilən iclasının gündəliyini elan edib.

Bunlar "Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Yeyinti məhsulları haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" və.s qanunlara, o cümlədən Miqrasiya və İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir.

Bundan başqa, iclasda yeni hazırlanan "Standartlaşdırma haqqında" və "Texniki tənzimləmə haqqında" qanun layihələrinə də baxılacaq.
 
Aydan Lətifova

OXŞAR XƏBƏRLƏR