Sİyasət

"Milli Məclisin buna gücü çatmaz" - Deputatdan sosial şəbəkələrlə bağlı təklifə REAKSİYA

"Burada qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisdə Cinayət Məcəlləsinin 147, 148 və 148.1-ci maddələrinə yeni cəza növlərinin əlavə edilməsilə bağlı təkliflərə münasibət bildirərkən deputat Aqil Abbas deyib:
 
"Sözügedən təkliflərlə hələ tanış deyiləm. Amma ümumiyyətlə sosial şəbəkələr də daxil kütləvi informasiya vasitələrində, habelə küçədə də olsa, kimsə başqa birini təhqir edirsə, onlara münasibətdə Cinayət Məcəlləsinin 147, 148 və digər buna müvafiq olan maddələri tətbiq olunur. Yəni təhqir və böhtanla bağlı, onun harda səslənməsi və yaxud deyilməsindən asılı olmayaraq, Cinayət Məcəlləsində onsuz da cəzalar nəzərdə tutulub. İndi sosial şəbəkələrdə yazırlar ki, guya Milli Məclis sosial şəbəkələrə çıxışa qadağa qoyacaq. Belə bir şey yoxdur, heç istənilsə də belə mümkün deyil. Milli Məclisin, heç bir parlamentin buna gücü çatmaz. Uzağı müəyyən məsələlərə filtr qoyula bilər. Məsələ ondadır ki, bəzi insanlar sosial şəbəkələrdə təhqirə yol verirlər. Buna gedənlərin də əksəriyyətinin profili saxtadır. Hər bir kəs bu şəxsləri təhqir olunması ilə bağlı məhkəməyə verə bilər. Yəni burada qeyri-adi nəsə yoxdur. Qanun da yeni deyil, Cinayət Məcəlləsində var”.
 
Milli Məclisin digər deputatı Tahir Kərimli də sayta açıqlamasında sözügedən məsələ ilə bağlı Cinayət Məcəlləsinə yeni cəza növlərinin əlavə edilməsini günün tələbi kimi dəyərləndirdi:
 
 
"Hələlik bu istiqamətdə materiallarla tanış deyiləm. Amma onu deyim ki, Cinayət Məcəlləsinin 147, 148 və 148.1-ci maddələrinin sanksiyalarına yeni cəza növlərinin əlavə edilməsi məsələsi əvvəllər komitələr səviyyəsində ciddi müzakirələrdən keçib. İnternetin insan həyatı və cəmiyyətdə oynadığı rolla bağlı olaraq sosial şəbəkələrdə təhqir və böhtana görə cəzaların təkmilləşdirilməsi, mövcud cəzaların artırılması fikrimcə məqsədəuyğundur. Proses ciddi tənzimlənmə metodunun olmasını zərurətə çevirir. Həyat bu kimi məsələlərin tənzimlənməsini diktə edir”.
 
Qeyd edək ki, Milli Məclisdə Cinayət Məcəlləsinin 147 (böhtan), 148(təhqir) və 148.1-ci (internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddələrinin sanksiyalarına yeni cəza növünün əlavə edilməsi təklif edilir.
 
ELÇİN 
Sfera.az
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31