Milli Məclis Səriyyə Seyidovanın Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar qəbul edib
05:43 / 30.09.2015
1618
Azərbaycan Respublikası Milli Məclisi S.S.Seyidovanın Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar qəbul edib.
Qərarda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Səriyyə Seyid qızı Seyidova Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Aysel