Milli Məclis bəzi müstəqil media orqanlarını akkreditasiyadan keçirmədi
17:57 / 28.01.2022
1906
Azərbaycanda bəzi müstəqil media orqanlarının nümayəndələri Milli Məclisin 2022-ci ilin yaz sessiyasında iştirak edə bilməyəcəklər.
Sfera.az xəbər verir ki, parlamentin bundan əvvəlki sessiyasında iştirak edən bəzi müstəqil media orqanları bu dəfə akkreditasiyadan keçirilməyib.
Həmin media orqanlarına İntizam Komissiyası tərəfindən parlamentin iclaslarında iştiraklarının ləğv edildiyi barədə məlumat verilib. Buna səbəb kimi isə heç bir arqument göstərilməyib.
Aysel
Sfera.az